Hillari Klinton hər hansı bir seçkilərdə iştirak etməyəcək

9 Yanvar, 08:30

Prezidentliyə sabiq namizəd Hillari Klinton ABŞ-ın Nyu-York şəhərinin meri vəzifəsinə seçkilərdə, habelə gələcəkdə hər hansı bir seçkilərdə iştirak etməyəcək.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu H.Klintonun nümayəndəsi Nira Tanden CNN telekanalına deyib.

“Düşünürəm ki, o uşaqlara və ailələrə kömək etmək üsullarını axtarır. O, bu istiqamətdə ömür boyu çalışıb. Mən düşünmürəm ki, seçkilərdə nə vaxtsa bir daha iştirak edəcək”, deyə Tandem bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here