Hansı xəstəliklər zamanı namaz qılmamağa icazə var?

314750

Namaz heç bir xəstəlik və bəhanə ilə tərk edilə bilməz. Yalnız heyz halında olan və doğuşdan sonra nifas halında olan qadınlar namazdan azaddırlar.

Özü də heyz və nifas zamanı qılınmayan namazların qəzası yoxdur. Qalan bütün hallarda əgər insanın ağlı və huşu başındadırsa, namazlarını qılmalıdır.

VOİCEPRESS islam.az-a istinadən bildirir ki, normal şəkildə namaz qıla bilməyənlər ya oturmuş, ya uzanmış halda, ya da işarə ilə qılmalıdırlar. Hamilə qadınlar da bu qaydaya uyğun olaraq əgər normal halda qıla bilməsələr, oturmuş halda qılmalıdırlar. Bəzilərinin düşündüyünün əksinə olaraq, qadın hətta toy gecəsinin sabahı da özünü pak edib, qüsl alıb namazını qılmalıdır.

Hərəkət edə bilməyən iflic xəstələr işarə ilə namaz qılmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here