Hansı həkim nəyi müalicə edi? – SİYAHI

28 Yanvar, 09:12

Androloq – (əslində belə bir bölmə dünyadan yığışdırılır Uroloq- androloq olaraq deyilir) kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir.

Anestezioloq
– cərrahiyyə əməliyyatları, ağır travmalar, şok vəziyyətləri və s. hallarda anesteziya (ağrısızlaşdırma, narkoz) ilə bağlı bütün məsələlərlə məşğul olur.

Allerqoloq
– müxtəlif növ allergiyalar (qida, müxtəlif maddələr, toz və s.) üzrə mütəxəssis.
KardioloqVOİCEPRESS immunitet.az-a istinadən bildirir ki, ürək xəstəliklərin müalicə edən həkimdir

Qastroenteroloq – bütün mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağı xorası, öd daşı xəstəliyi, pankreatit, disbakterioz və s.) mülicə edir.

Hepatoloq – qara ciyər xəstəliklərinin (hepatitlər, qara ciyər sirrozu və s.) müalicəsində ixtisaslaşdırılmış həkim.

Ginekoloq – qadın cinsiyyət sistemi xəstəliklərini müalicə edir.

Mama-ginekoloq – hamilə qadının sağlamlığı və hamiləliyin inkişafı ilə bağlı olan bütün məsələlərlə məşğul olan həkim.

Mammoloq – süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.

Hematoloq
– qan və qanyaratma sistemi xəstəliklərini və patologiyalarını (anemiyalar, hemofiliya, trombositopeniya və s.) müalicə edir.

Genetik – genlərlə bağlı olan müxtəlif xəstəlikləri və pozulmaları (Daun sindromu, fenilketonuriya, mukovissidoz, Edvards sindromu, Patau sindromu, Marfan sindromu və s.) araşdıran və müalicə edən həkim.

Nevroloq – Sinir sistemi və onun xəstəliklərin müalicə edn həkim

Neyrocərrah – Sinir sistemi ilə bağlı ola əməliyyatları edən həkim

Dermatoloq – dəri xəstəliklərini (civzələr, ekzema, vitiliqo, dəmrov, qotur, piodermiya və s.) müalicə edən həkim.

Trixoloq – saç və baş dərisinin xəstəlikləri və pozulmaları ilə (keçəlləşmə, kəpək, saşların zəif olması və s.) məşğul olan həkim.
Oftalmoloq – göz xəstəliklərin müalicə edən həkim

Ortoped – sümük-əzələ sistemi xəstəlikləri (yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s. ) müalicə edir.

Ortodont – ağızda dişlərin vəziyyətinin və yerləşməsinin patologiyalarını müalicə edən həkim.

Travmatoloq – travmalar və travmalardan sonra inkişaf edən sindromların

Neonatoloq – yeni odoğulmuş uşaqlar üzrə mütəxəssis. Uşaq doğularkən səhhətinin inkişafını qiymətləndirir, anadangəlmə xəstəlikləri və pozulmaları müalicə edir.

Endokrinoloq – endokrin sistemi xəstəliklərini (“zob” xəstəliyi, şəkərli diabet, hiperprolaktinemiya və s.) müalicə edən həkim.

Uroloq – qadınlarda sidik ifrazatı sistemi (böyrəklər, sidik kisəsi, sidik yolları, uretra), kişilərdə – sidik ifrazatı sistemi və cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, varikosele və s.) və kişi sonsuzluğunu müalicə edir.

Nefroloq – böyrək xəstəliklərini və patologiyalarını (qlomerulonefrit, böyrək daşı xəstəliyi, pielonefrit, nefrit, xroniki böyrək çatışmazlığı və s.) müalicə edir.

İnfeksionist – infeksion xəstəliklərini (dizenteriya, quduzluq, tetanus, botulizm, bruselyoz, gənə ensefaliti, virus hepatitləri və s.) müalicə edir.
Stomatoloq – diş xəstəliklərin müalicə edən həkim

Dietoloq – qida rasionunun tənzimləyən həkim

Ftiziatr – vərəm xəstəliyinin müxtəlif növlərinin (dəri vərəmi, cinsiyyət orqanlarının vərəmi, bağırsaq vərəmi və s.) diaqniostikasında və müalicəsində ixtisaslaşdırılmış həkim.

Otolorinqoloq (LOR) – müxtəlif qulaq, burun və boğaz xəstəliklərini (tonzillit, faringit, laringit, otit, haymorit, frontit və s.) müalicə edir.

Fleboloq – damar xəstəliklərinin müalicəsində (varikoz xəstəliyi, tromboflebit və s.) ixtisaslaşdırılmış həkim.

İmmunoloq – immun sisteminin pozulmalarını (immunodefisitlər, allegik xəstəliklər və s.) müalicə edir.

Reproduktoloq – qadın və kişi reproduktiv sistemi pozulmalarının (sonsuzluq, hamiləliyin sona qədər çatdırılmaması halları, inkişafdan qalmış hamiləlik və s.) müalicəsi. Əkstrakorporal mayalanma üsullarının həyata keçirilməsi.

Parazitoloq – müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəliklərini (askaridioz, lyamblioz, xlamidioz, opistorxoz, exinokokkoz və s.) müalicə edir.

Pulmonoloq – nəfəsalma orqanlarının xəstəliklərini (traxeit, bronxit, pnevmoniya, bronxial astma, plevrit və s.) müalicə edir.

Proktoloq – düz bağırsaq və anus xəstəliklərini (babasil, qəbizlik, ishal, kolit, paraproktit, düz bağırsağı polipləri, meqakolon və s.) müalicə edir.
Pediatr – uşaq xəstəliklərin müalicə edən həkim

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here