Myanmada silahlı qruplaşma tərəfindən girov götürülən 40 taylandlı turist azad edilib.
VOİCEPRESS bu barədə TASS-a istinadən məlumat verir.
Məlumata əsasən, hökumətin silahlılarla apardığı danışıqlar nəticəsində onlar bütün girovları azad etməyə razılıq veriblər. Detallar barədə açıqlama verilmir.
Qeyd edək ki, turistləri girov götürən şəxslər hökumətdən daha öncə həbs edilmiş 1 nəfər silahdaşlarını azad etməyi tələb edirdilər.
VOİCEPRESS.AZ