Füzulidə xeyli mərmi və mina tapıldı

24 Yanvar, 15:42

Füzuli rayonu ərazisində xeyli sayda partlamamış hərbi sursat (PHS) tapılıb.


VOİCEPRESS
xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, rayonun Alxanlı kəndi ərazisindəki otlaq sahəsində 24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 18 ədəd 5.45 çaplı patron, 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib.

Daşınması mümkün olmadığına görə PHS-lər yerində zərərsizləşdirilib, nəticə etibarilə 2100 kv.m ərazi yoxlanılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here