Futbolçuları daşıyan təyyarəni ildırım vurdu

10 Yanvar, 22:19

Qış hazırlıq məşqləri üçün Türkiyənin Antalya şəhərinə gəlmək üzrə olan Almaniyanın futbol komandası “Rot-Weiss Erfurt” komandasının üzvlərini daşıyan təyyarəni ildırım vurub.

VOİCEPRESS-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, təyyarə Dalaman hava limanına təcili eniş etməli olub.

Təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu deyilir.

Şiddətli yağış və fırtına səbəbindən təyyarənin bir müddət Dalamanda qalacağı xəbər verilir.

“Erfurt”-un rəsmi tvitter hesabında yer alan açıqlamada: “Təyyarəmizi ildırım vurdu və güclü fırtına bizi Dalamana enməyə məcbur etdi” deyilir.

VİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here