“FİFA-nın qərarı Azərbaycan kimi ölkələrin xeyrinədir”

11 Yanvar, 14:50

“Əlbəttə ki, bu, Moldova kimi kiçik ölkələr üçün müsbət qərardır. Bizim də final mərhələsinə yüksəlmək şansımız yaranır”.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, bunu Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

Dünya çempionatlarının final mərhələlərində iştirakçıların sayının artırılmasına münasibət bildirən qurum rəhbəri bunu Azərbaycan da daxil olmaqla, kiçik ölkələrin lehinə atılan addım sayır: “Hər şey ikili təsir yaradır. İlk baxışdan bu qədər komandalı çempionat heç çempionata bənzəmir. Digər tərəfdən isə hər şey prinsipcə buna doğru gedirdi. İndi ən önəmlısi vəsiqələrin qitələr üzrə paylanmasındakı yekun qərardır. Bir daha qeyd edim ki, bu bizim üçün əlavə şansdır. Əlbəttə, Braziliya, İngiltərə, Almaniya, İtaliya, Rusiya kimi böyük ölkələr üçün bunun heç bir rolu yoxdur. Amma FİFA-nın qərarı Baltikyanı dövlətlər, Azərbaycan, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələrinin xeyrinədir”.

Qeyd edək ki, DÇ-2026-dan etibarın final mərhələlərində 32 deyil, 48 komanda çıxış edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here