“Evdə tək” filminin aktyorları: “Zaman onlara nə etdi?”

9 Yanvar, 09:00

“Evdə tək” filminin aktyorları: “Zaman onlara nə etdi?”

1990-cı ildə efirə çıxmış “Evdə tək” filmi ilk gündən qəlblərdə taxt qurdu. 27 il keçməyinə baxmayaraq, film hər zaman sevilərək izlənilir. Bəs o sevimli aktyorlar bu 27 il ərzində nə dərəcədə dəyişiliblər? İllər onlara necə təsir edib? Ən əsası filmin bəxş etdiyi başgicəlləndirən şöhrətdən sonra aktyorlar hansı uğurlara nail oldular? Bütün bu suallara cavabı VOİCEPRESS sizə təqdim edir:

Kevin Makkalister- Makoley Kalkin

Bu uşaq filmdən sonra hədsiz dərəcədə tanınmağa başladı və ən yüksək qanorarla filmlərə çəkilməyə davam etdi. Atası şəxsi prodyüseri olduğundan rol sifarişçilərindən baş gicəlləndirən məbləğləri tələb edirdi. Odur ki, Makoley -çox gənc yaşında məşhurlaşıb, yüksək qanorarlarla işləsən həyatda heç nəyə nail olmayacaqsan ifadəsinin – əsl nümunədir. Bu şöhrətdən bir qədər sonra valideynləri mülk davasına çıxdılar və səs-küylü boşanma ilə yadda qaldılar. Makoley 36 yaşındadır və o cəmi 20 filmə çəkilib. Bu yaşadək içki və narkotik alüdəçisi kimi pərəstişkarlarının yaddaşında mənfi obraza sahib olub. “The Pizza Underground” adlı rok qrupda solistlik edirdi. 2016-cı ildə qrup da dağıldı.

Füller Makkalister- Kiran Kalkin

34 yaşlı aktyor ilk dəfə iki yaşından filmlərə çəkilməyə başlayıb. Hazırda “Qızıl qlobus” sahibidir və onlarla filmlərdə əsas rolların qəhrəmanıdır.

Keyt Makkalister- Ketrin

62 yaşlı aktrisa hələ də filmlərdə çəkilməyə davam edir. “Evdə tək” filmi onun şöhrətinə şöhrət qatmaqla yanaşı daha 50-yə yaxın filmdə əsas rola çəkilmək imkanı yaratdı.

Piter Makkalister- Con Xerd

71 yaşlı aktyor filmlərə çəkilməyə davam edir. Onun yüzdən çox rol aldığı filmi var. “Evdə tək” filmindən sonra daha çox televizya layihələrində çəkilir.

Harri Laym- cinayətkar Co Peşi

73 yaşlı aktyor hazırda filmlərə nadir hallarda çəkilir. Lakin “Evdə tək” filminə çəkilənədək artıq tanınmış aktyor idi. Filmə çəkilənədək aktyor artıq “Oskar” sahibi idi.

Marvin Merçants- Harrinin sağ əli- Deniel Stern

Həm aktyor, həm rejissor kimi özünü sınayan aktyorun yaradıcılığının pik nöqtəsi hələ də “Evdə tək” filmindəki roludur.

Bazz Makkalister- Devin Retrey

Aktyor hələ körp yaşlarından filmlərə çəkilir. Onlarla filmdə rol alan Devin özünün təsis etdiyi “Little Bill and the Beckleys” qrupunda həm oxuyur, həm oynayır.

Frenk Makkalister- Cerri Bemmen

75 yaşlı aktyor 40-dan çox filmə çəkilib. Çəkildiyi filmlərdəki rolları içində ən tanınan və yadda qalanı “Evdə tək” filmindəki əmi obrazı olub.

Göyərçinlərin sevimlisi- Brenda Friker

Hazırda 71 yaşı olan irlandiyalı aktrisa “Evdə tək”-2 də kiçik rol almışdı. 1990-cı ildə aktrisa “Mənim sol ayağım” adlı filmdəki kiçik roluna görə “Oskar” alır. Hazırda aktrisa daha çox seriallarda çəkilir.

Mister Hektor- Tim Karri

Bu ingiltərəli aktyorun artıq 70 yaşı var. Xüsusi görünüşü və ecazkar səsi ilə rejissorların diqqətini çəkən aktyor, təəssüf ki, bir neçə il əvvəl insult keçirdiyi üçün yalnız və yalnız əlil arabaması ilə hərəkət edə bilir. Buna baxmayaraq aktyor cizgi filmlərinin səsləndirməsində aktiv iştirak edir.

Sedrik- Rob Şnayder

53 yaşlı aktyor hələ də komediya janrında çəkilən filmlərdə rol alır. Oynadığı hər bir obrazla izləyici yaddaşında dərin iz qoyur.

Donald Trump- Donald Trump

Film çəkillərindən bu yana Donald Trump həm biznesmen, həm milyarder, həm də Amerika Birləşmiş Ştatlarının prezidenti oldu.

Xəyalə Murad

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here