Ərdoğanın kürəkəni Azərbaycana gələcək

25 Yanvar, 18:18

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

B.Albayrakın fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcəyi gözlənilir.

Səfirin sözlərinə görə, fevralda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin də səfəri planlaşdırılır. Eləcə də 2017-ci ildə azərbaycanlı nazirlərin Türkiyəyə səfəri gözlənilir.

E.Özoral bildirib ki, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına hazırlıq gedir.

Milli.Az bildirir ki, Berat Albayrak prezident Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here