Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki terror hadisəsində daha böyük faciənin qarşısını alaraq şəhid olan qəhrəman polis Fethi Sekinin ailəsini yad edib.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, şəhidin ailəsinə telefon açan R.T.Ərdoğan onun həyat yoldaşı və qardaşına başsağlığı verib.
VOİCEPRESS.AZ