Ötən gün Daxili İşlər Nazirliyinin təqaüdə göndərilən mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlovun vəzifələrini onun müavini polkovnik Ehsan Zahidov icra edəcək.
Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.
E. Zahidov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə 2010-cu ildə təyinat alıb.
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı ötən gün təqaüdə göndərilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. E.Zahidovdan əlavə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.
VOİCEPRESS.AZ