Deputat özünü mikrofona qandalladı – Türkiyə parlamentində etiraz

0
313868

Son zamanlar qalmaqalların səngimədiyi Türkiyə Böyük Millət Məclisində (TBMM) yenə də mübahisə baş verib.

VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, parlamentin plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsinin ikinci mərhələsində müzakirələr aparılarkən Cumhuriyyət Xalq Pariyasının (CHP) Ankara üzrə millət vəkili Aylin Nazlıaka özünü kürsüdəki mikrofona qandallayıb.

O, “Cumhuriyyət dəyərlərinin yox edilməsinə qarşı çıxmaq, Konstitusiyaya dəyişiklik ilə məclisə vurulacaq qandala etiraz olaraq özümü kürsüyə qandallayıram” deyərək bu addımı atıb və təxminən 45 dəqiqə o vəziyyətdə qalıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here