Görüşə gələn seçicilər ilk öncə deputatla yeni il təəssüratlarını bölüşmüşlər.
Xanhüseyn Kazımlı görüşə gələn bütün sçicilərin simasında bütün Biləsuvar ictimaiyyətini yenicə qədəm qoyduğumuz yeni- 2017-ci il münasibətilə təbrik edərək, hər kəsə Tanrıdan möhkəm can sağlığı dilədi. Ona etimad göstərdiklərinə görə, razılığını ifadə edən millət vəkili bildirib ki, o hər zaman seçicilərlə birlikdə olmaq, xalqın istək və arzularını dinləmək, mövcud problemləri birgə aradan qaldırmağı prearitet vəzifələrindən biri hesab edib.
Xanhüseyn Kazımlı seçiciləri, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə baş verən mühüm yeniliklərdən, sosial-iqtisadi nailiyyətlərdən, günbəgün qüdrətlənən ordumuzun hazırkı durumundan söhbət açaraq, Milli Məclisdə xalqın sosial rifahı naminə yeni qərarların qəbul olunmasındakı təşəbbüsündən, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri kimi geniş miqyaslı fəaliyyətindən ətraflı məlumatlar verdi.
Daha sonra görüşdə rayonun Nərimankənd kənd sakini Əhməd Vəlizadə sakinlər adından deputatı salamlayaraq bildirdi ki, xalqımız, o cümlədən biləsuvarlılar hər zaman Prezident İlham Əliyevə öz etimadını, dəstəyini göstərir, onun ətrafında sıx birləşməklə rəhbərinə öz inamını sərgiləyir: “Dünyadakı bu çətin proseslərə, sosial-iqtisadi tənəzzülə baxmayaraq, dövlətimizin dayanqılı iqtisadi gücü və qüdrəti, eləcə də ölkə başçısı Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində xalqımız bu böhranı hiss etmədi. Azərbaycanda sosial-iqtisadi layihələr həyata keçirildi, regionlarda inkişaf və tərəqqi davam etdirildi. Bütün bunları Biləsuvar rayonunun timsalında hiss etmək, görmək mümkündür”.
Görüşdə iştirak edən məktəbli gənclərin maraqlı təklif və sualları yerinə düşdü. 11-ci sinif şagirdi Təhməzli Novruzun Biləsuvarda gəncləri bir araya toplayacaq “Gənclər mərkəzi”nin olmamasından gileyləndi. 9-cu sinif şagirdi Xalid Abbaszadənin eyni təklifə həmfikir olması yeniyetmə gənc olaraq bu yaşda dövlətimizə fayda verəcək hansı fəal işlərə yardımçı ola biləcəklərini kimi mühüm bir məsələni ortaya qoydu. Deputat öz növbəsində gənclərin təklif və xahişini nəzərə alaraq, buna ölçü götürüləcəyini bildirdi.
Millət vəkili Xanhüseyn Kazımlı Biləsuvar şəhər ərazisindəki görüşündən sonra rayonun ən qədim kəndlərindən olan Əmənkənd kəndində də, seçicilərlə görüş keçirib.
Kənd sakinlərinin çoxluq təşkil etdiyi mərasimdə deputat Xanhüseyn Kazımlı iştirakçıları salamlayaraq, 2017-ci ilin hər biri üçün düşərli, uğurlu il olmasını arzuladı. Ətraflı çıxışında dünyadakı qlobal hadisələrə diqqət çəkən deputat bildirdi ki, bu gün neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bütün dünya ölkələrinin iqtisadiyyatına neqativ təsirlər göstərib: ” Lakin Azərbaycan dövlət olaraq, bu böhrandan ən az zərərlə çıxmağa qadir bir ölkədir. Bu gün də uğurlu sosial-iqtisadi siyasət Ulu Öndərimizin layiqli davamçısı dövlətimizin rəhbəri Cənab İlham Əliyev tərəfindən uğurla, inamla aparılmaqdadır. Doğrudur, bu böhran amili ölkəmizə də müəyyən təsirlərini göstərdi, ancaq qəbul edilən çevik qərarlar, atılan qətiyyətli, təxirəsalınmaz addımlar da sübut etdi ki, Azərbaycan hökuməti sözügedən vəziyyətdən ən az zərərlə çıxmağı bacarır. Regionlarımızda da işlər öz axarında davam etdirilir, tikiti-quruculuq, abadlıq işləri sürətlə aparılır, yollarımız asfaltlanır, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün mümkün sosial qanunlar qəbul olunur. Bu, ölkə başçımızın daim qarşıya qoyduğu prioritetdir. Biləsuvar qəhrəmanlar, alimlər yetişdirən bir doğma diyardır. Bu gün Biləsuvarın adı dillər əzbəridir həmin qəhrəman, ziyalı oğulları ilə, Mübariz İbrahimov kimi bütün türk dünyasına səs salmış Milli Qəhrəmanı ilə. Mən Milli Məclisdə də, bu barədə təklif vermişəm, Biləsuvar vətənpərvərliyin zirvəsidir, bura vətənpərvərlik məktəbi məkanı kimi tanınmalı, nümunə göstərilməlidir respublikamızda”.
Millət vəkili Xanhüseyn Kazımlı səmimi görüşün sonuda seçiciləri maraqlandıran suallara cavab verdi və onları narahat edən bir sıra problemləri dinlədi. Kənd sakini şəhid qardaşı Nəciyev Emin Sarıbala oğlu müraciətində 2 övladının tələbə olmasını diqqətə çatdıraraq hazırda işsizliyi ilə əlaqədar sosial durumunun çox aşağı olduğunu bildirdi. Rafət Əhmədov isə rayonun Qaz istismarı sahəsi tərəfindən yeni yaşayış evinə qaz sayğacının quraşdırılması ilə bağlı yaranmış problemin həllinə köməklik istədi.
Xanhüseyn Kazımlı seçicilərini dinlədikdən sonra qaldırılan məsələlərin tez bir zamanda həll ediləcəyinə dair söz verdi.
P.S.
Millət vəkili Xanhüseyn Kazımlı Biləsuvar rayonunun Əmənkənd kənd sakinləri ilə görüşündən sonra, kəndin qəhrəman oğlu şəhid İlham Məmmədhüseyn oğlu Zülfüqarovun anasının hüzür məclisində də, iştirak etmiş, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişdir.
VOİCEPRESS.AZ