Cüdo üzrə Azərbaycan milli komandası geniş heyətlə Avstriyaya yollanıb.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər.
Hazırlıqda əsas komanda, qadınlar, gənclər və paralimpiya komandamız iştirak edir.
Qeyd edək ki, hər il ənənəvi Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Cüdoçularımız Avstriyadakı təlim-məşq toplanışına yanvarın 18-də yekun vuracaqlar.
VOİCEPRESS.AZ