Çin əhalisinin sayı 1,4 milyard nəfərə yaxınlaşıb

20 Yanvar, 17:51

Ötən il Çində əhalinin sayı 8,09 milyon nəfər artaraq 1 milyard 382 milyon nəfərə çatıb.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, Çin Dövlət Statistika Komitəsinin cümə günü yaydığı məlumatda ölkənin xüsusi inzibati rayonları olan Honkonq və Makaonun əhalisinin sayı nəzərə alınmayıb. 2016-cı ildə ölkədə 17,86 milyon uşaq doğulub, 9,77 milyon insan ölüb.

Hazırda Çin əhalisinin 708,15 milyonunu kişilər, 675,56 milyonunu qadınlar təşkil edir. Yəni təxminən hər 105 kişiyə 100 qadın düşür. Mütəxəssislər artıq bu problem haqqında danışmağa başlayıblar: 2020-ci ildə ölkədə dörd milyondan çox kişi evlənə bilməyəcək.

Statistik məlumatlara görə, ölkə əhalisinin 792,98 milyonu şəhərlərdə, 589,73 milyonu kənd yerlərində yaşayır. Ötən il şəhər əhalisinin sayı 21,82 milyon nəfər artıb, kənd əhalisinin sayında isə 13,73 milyon nəfər azalma qeydə alınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here