Braziliyada 56 məhkum həbsxanadan qaçıb

26 Yanvar, 09:09

Braziliyada 56 məhkum həbsxanadan qaçıb.

VOİCEPRESS report-a istinadən bildirir ki, bu barədə “Globo” telekanalı xəbər verib.
Məlumata görə, hadisə Riu-Qrandi-du-Norti ştatındakı Alkasis həbsxanasında baş verib. Bu, 26 nəfərin ölümü nəticələnmiş qiyamın baş verdiyi həbsxanadır.
Bu, cari ilin əvvəlindən Braziliya həbsxanasında baş vermiş növbəti hadisədir. Qeyd edək ki, yanvarın 23-də də Braziliyada 14 məhkum həbsxanadan qaçmışdı. Hadisə ölkənin mərkəzi hissəsində, Qoyas ştatında qeydə alınıb. Belə ki, məhkumlardan biri gözlənilmədən həbsxana nəzarətçilərinə hücum edərək onun silahını əlindən alıb. Bundan sonra isə digər nəzarətçidən penitensiar müəssisənin qapısını açmağı tələb edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here