… Braziliya mediasında bu gün yer alan xəbər başlıqları belədir. Braziliya Federal Məhkəməsinin hakimi, ölkədə mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə ən barışmaz mübariz kimi tanınan Teori Zavaskinin olduğu kiçik təyyarə Rio-de-Janeyro ştatının sahilləri yaxınlığında Atlantik okeanına düşüb.
VOİCEPRESS O Globo-ya istinadən bildirir ki, olayla bağlı ilkin məlumatlarda təyyarənin qəzaya uğradığı deyilirdi.
San-Paulu şəhərindən Paratiyə uçan “Hawker Beechcraft King Air C90” təyyarəsi radarlardan yerli vaxtla 14:00-da yoxa çıxıb. Təyyarədə üç nəfər vardı.
İki nəfər qəza yerində həlak olub, bir nəfər ağır yaralanıb. Yaralı təyyarənin şturmanı idi. O, az sonra hospitalda keçinib.
Hazırda qəza yerində xilasedicilər çalışırlar. Təyyarə dəniz kranı vasitəsilə okeanın dibindən çıxarılıb.
Braziliya prezidenti Mişel Temer olayın təhqiqatını şəxsən nəzarətə götürdüyünü və ölkədə 3 günlük matəm elan olunduğunu söyləyib.
“Bu işə şəxsən nəzarət edəcəyəm. Zavaski əsl peşəkar, qanunun aliliyini təmin edən insandı. Onun ölümü dövlətə və millətə zərbədir”, – M.Temer söyləyib.
Bu gün səhərsə bəlli olub ki, Teori Zavaskinin olduğu təyyarə qəzaya uğramayıb: təyyarə havada partladılıb.
T.Zavaski Braziliyada hökumət və parlament üzvlərinin qatıldıqları genişmiqyaslı, qüdrətli korrupsiya şəbəkəsini araşdırırdı. Braziliyanın dövlət “Petrobras” neft-qaz şirkəti də bu korrupsiya sxemlərinə cəlb olunmuşdu.
Məhkəmə təqibi ilə bağlı toxunulmazlığı və immuniteti olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarları da T.Zavaski verirdi.
“Petrobras”la bağlı araşdırmalara T.Zavaski 2014-cü ildə başlamışdı. Onun apardığı təhqiqat nəticəsində bəlli olmuşdu ki, bir neçə nazir və deputat “Petrobras”ın “sərfəli müqavilələr” əldə etməsinə nail olmuş, əvəzində həmin müqavilələrin ümumi məbləğinin 3 faizi həcmində “bəxşiş” almışdılar. Daha sonra bu pulların bir miqdarı məşhur siyasətçilər və məmurların ələ alınmasına sərf olunurdu.
68 yaşlı T.Zavaskinin təhqiqatları zamanı o da bəlli olmuşdu ki, müqavilələrin dəyərinin süni artırılması və korrupsiya sayəsində bu şəxslər minimum 3,8 milyard dollar gəlir əldə ediblər.
Məhz T.Zavaskinin qətiyyəti və iradəsi nəticəsində “Petrobras”ın fırıldaq, korrupsiya sxemlərinin iştirakçılarından 80 nəfər tutulmuş, onlarla nazir, deputat cinayət məsuliyyətinə cəlb olunmuşdu. Haqqında istintaq başlamış şəxslər arasında Braziliyanın sabiq prezidenti Luiş İqnasio Lula da Silva da var.
Braziliyada “Car Wash” adlanan bu təhqiqata məhz Zavaski rəhbərlik etdiyindən mafiya onu başqa cür susdura bilməyəcəyini anlayıb və öldürməyə qərar verib.
Mərhum T.Zavaskinin həmkarı və köməkçisi Serhio Moro deyib: “Ölkənin çağdaş tarixində ən böyük korrupsiya qalmaqalına səbəb olmuş Teori əsl qəhrəman idi. İnsanlar onu “Amerikanın komissar Kattanisi” adlandırırdılar, çünki Teori Latın Amerikasının qəhrəmanı idi”.
Mafiyanın “səbr kasası”nı dolduran məqam isə T.Zavaskinin ötən ay “Odebrecht” inşaat-development korporasiyası ilə bağlı təhqiqata başlaması idi.
Braziliya Milli Prokurorlar Assosiasiyasının direktoru Alan Mansur Twitter-dəki profilində yazıb: “Teori Zavaskinin vicdanı, ədatələ sadiq olması nəticəsində Ali Məhkəmə “#Carwash” əməliyyatını reallaşdırdı. Bu qəzanın təsadüf olduğunu düşünmürəm”.
VOİCEPRESS.AZ