Bişkekdə Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti öz üzərinə götürəcək.
VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.
O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.
VOİCEPRESS.AZ