Binəqədidə evdə partlayış, 4 nəfər xəsarət alıb

0
314155

Binəqədi rayonunda ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən VOİCEPRESS-ə bildiriblər ki, nəticədə ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı dörd nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub, Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here