Bəşər Əsədi cangüdəni güllələdi?

31 Yanvar, 08:25

Şami xəstəxanası Suriya prezidentinin xəstəxanada olduğunu etiraf edib

Son 10 gündür Suriya prezidenti Bəşər Əsədin cangüdəni tərəfindən güllələndiyi, iflic olduğu və xətəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılır.
VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, Qərb KİV-i daha çox Əsədin güllələndiyi iddiasının üstündə dayanır.

Prezident adminstrasiyası bu xəbərlərin əsassız olduğunu iddia etsə də yayılan səs yazısı Bəşər Əsədin həqiqətən də xəstəxanaya yerləşdirildiyi barədə şübhələri daha da artırıb.

Ərəb qadın jurnalist Visamel Hurra Əsədin yerləşdirildiyi deyilən Şami xəstəxanası ilə telefon əlaqəsi saxlayıb, daha sonra səs yazısını sosial şəbəkədə yayıb.

Jurnalist: Salam

Xəstəxana əməkdaşı: Buyurun

Jurnalist:
Mən Prezident adminstrasiyasından zəng vururam. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan heç bir məlumat verilməyəcək.

Xəstəxana əməkdaşı:
Bura gətirilən xəstənin kim olduğunu bütün həkimlər bilirlər.

Jurnalist: Xəstəxanadan prezident haqqında heç kimə məlumat verməyəcəksiniz. Bu məsələ sirdir.

Xəstəxana əməkdaşı: Oldu

Jurnalist: Kim prezident haqqında telefonla da olsa məlumat almaq istəsə verməyəcəksiniz

Xəstəxana əməkdaşı: Yaxşı. Oldu

Jurnalist: Səlahiyyətli həkimlə, müdirlə danışmaq istəyirəm.

Xəstəxana əməkdaşı: Məsələni başa düşdüm. Məsuliyyəti mən daşıyıram, onunla danışacam.

Jurnalist: Yenə deyirəm prezident barədə heç kimə məlumat vermirsiniz. Başa düşdün?

Xəstəxana əməkdaşı: Hər şey aydındır.

Jurnalist: Sənin adın nədir?

Xəstəxana əməkdaşı:
Həsən. Məlumat mərkəzindən.

Jurnalist: Mənim adım isə mələk Əli Həsəndir. Prezident sarayından sizinlə danışıram. Sizinlə danışığım qeydə alınıb. Rica edirəm, prezidentin xəstəxanada olduğu xəbərini heç kimə deməyin.

Xəstəxana əməkdaşı: Başa düşdüm.

Jurnalist: Təşəkkürlər.

Səs yazısından da göründüyü kimi Bəşər Əsəd Şami xəstəxanasındadır, lakin bu, gizli saxlanılır.

Suriya prezidenti Bəşər Əsədin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olması barədə xəbərlər rəsmi şəkildə təkzib edilsə də başda SANA dövlət informasiya agentliyi olmaqla Suriya KİV-də son 5 gündür ki, Əsədə aid heç bir görüntü və ya foto yayımlanmır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here