BANM-in Prezident təqaüdçüsü danışır: “Dünya səyahətinə çıxmaq istərdim”

9 Yanvar, 12:59

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırıb.

VOİCEPRESS müsahibəni təqdim edir:

– Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin

-​ Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.

– İmtahan geridə qadı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz

-​ Mənim ücün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, amma buna baxmayaraq, mən öz məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.

– Nə qədər bal topladınız?

-​ 686 bal toplamışam.

– Niyə məhz BANM-ı seçdiniz?

-​ Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacam.

– Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

-​ Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım Ali Məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.

– Ən böyük arzunuz?

-​ Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mutəxəssis olmaqdır.

– İxtisasınız haqqında nə demək istərdiniz?

-​ Mən neft-qaz muhəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacam.

– Hobbiniz nədir?

-​ Ən böyük hobbim kinoya baxmaqdır.

– Başqa hansı maraqlarınız var?

-​ Velosiped sürməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.

– Hansı janrda kitabları oxuyursunuz?

-​ Janrından asılı olmayaraq kitab oxumağı sevirəm.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here