Bakının suyun altında qalan əraziləri – İnsanlar çətin vəziyyətdə

0
314128

Bakıda və Abşeron yarımadasında bir çox ərazilərdə subasma halları müşahidə edilir.

Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni massiv ərazisində, Xəzər rayonu Qala qəsəbəsi ərazisində yeni subasma sahələri qeydə alınıb.

VOİCEPRESS xəbər verir ki, bunu publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, nəticədə onlarla evin zirzəmisi, həyətyanı sahəsi su ilə dolub: “Kürdəxanı qəsəbəsində yeni yaşayış massivi relyefin nisbətən aşağı hissəsində yerləşdiyindən əraziyə düşən atmosfer yağıntıları yamac boyu həmin ərazidə toplanır, üst suları və qurunt sularının yer səthinə çıxması müşahidə edilir. Nəticədə, ərazidə evlərin, həyətyanı sahələrin su ilə basılması qeydə alınıb. Suyun səviyyəsi yeni çəkilən avtomobil yolunun yaxınlığına qədər çatıb.

Xəzər rayonunda Qala qəsəbəsində “Bakuavtomat” deyilən ərazidə də yeni subasması halları müşahidə edilib. Bura da relyefin çökək hissəsi olduğundan üst suları və atmosfer yağıntıları hesabına ərazi su ilə dolub. Bu barədə əhali tərəfindən müraciət əsasında ərazidə monitorinq aparmışıq”.

R.Həsənov onu da vurğulayıb ki, təkcə yeni sahələr deyil, köhnə ərazilərdə də subasma halları müşahidə edilir: “Bakı şəhəri Sabunçu, Binəqədi rayonları ərazisində bəzi sahələrdə ərazilərin su ilə basılması müşahidə edilib. Sabunçu rayonunda Savalan yaşayış massivi, Şuşa şəhərciyi ərazisi, Daş karxanası ərazilərində əvvəl müşahidə edilən subasma halları əvvəlki aylarda da müşahidə edilib. Bu günlərdə də həmin ərazidə gərginlik qalmaqdadır. Həmin ərazilərdə drenaj, kanalizasiya sistemi olmadığından bütün yağış, məişət suları həyətlərdəki qazmaları toplanır. İldən-ilə məskunlaşanların sayının artması qurunt sularının səviyyəsini çoxaldır, nəticədə subasma halları müşahidə edilir. Hər ay aparılan müşahidələrin nəticələri Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sənəd əsasında aidiyyəti dövlə qurumlarına çatdırılıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here