Bakıda polis rəisinin keçmiş müavini İNTİHAR ETDİ

25 Yanvar, 13:11

Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharının bəzi təfərrüatı məlum olub.

VOİCEPRESS xəbər verir ki, publika.az-ın hadisə yerində olan əməkdaşının araşdırması zamanı bəlli olub ki, qonşuların əksə

riyyətinin R.Quliyevin binada yaşamasından xəbəri belə yoxdur. Onlar evə kiminsə gəlib-getdiyini heç vaxt görmədiklərini deyirlər.

Sakinlərindən heç bir məlumat ala bilməsək də, binanın mühafizəçiləri onu tanıyırlar.

Mühafizəçilər R.Quliyevin bu evdə daimi yaşamadığını söyləyirlər: “Hərdən buraya gəlirdi, bir neçə saat qalıb gedirdi. Başqa evinin olduğunu bilirdik. Evli idi, amma heç vaxt ailə üzvləri, yaxınları buraya gəlməmişdilər. Bilirdik ki, keçmiş polis işçisi olub, amma indi mühafizəçi işləyirdi. Harada işlədiyini dəqiq bilmirik. İntihar edəndə də ayağında corab yox idi, amma mühafizəçi geyimini əynindən çıxarmamışdı. Cibindən psixotrop dərmanlar çıxıb. Son vaxtlar problemləri var idi. Yoldaşından ayrılmışdı, ona görə də əhvalı yaxşı deyildi. Bu, onun ikinci evliliyi idi”.

Mühafizəçilərin sözlərinə görə, indiyə qədər bu evinə heç bir yaxını gəlməsə də, ötən gecə saat 04 radələrində qardaşı olduğunu deyən biri gələrək evə girmək istəyib: “Lakin gecə mühafizəçilərimiz buna icazə verməyiblər. Əraziyə polis, prokurorluqdan gəlmişdilər. Evdə bu gün ekspertiza qrupunun araşdırma aparacağı deyilir”.

09:10

Bakıda intihar olub.

VOİCEPRESS
xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

Əldə edilən məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here