Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.
VOİCEPRESS DİN-ə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun “28 May” qəsəbəsi ərazisində yerləşən “Azər ət” MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.
Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.
VOİCEPRESS.AZ