Bakı əleyhinə AŞPA-ya kimlər müraciət edib?

23 Yanvar, 13:53

Mediada Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılıb.

Müraciəti 58 nəfər (QHT təmsilçisi, KİV əməkdaşı, hüquqşünas) imzalayıb. Müraciəti imzalayan şəxslər Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da təmsilçiliyinin alınmasını, səsvermə hüququnun dayandırılmasını tələb edirlər.

VOİCEPRESS xəbər verir ki, baş verən hadisə ilə bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı axar.az-a bildirib ki, həqiqətən də, Avropa Şurası Parlament Assambleyasına 58 nəfərin imzası ilə müraciət daxil edilib: “Əslində, baş verən hadisə çox utanc gətirən bir haldır və birbaşa Ermənistan dövlətinin milli maraqlarına xidmət edir. Hələ 2016-cı ilin oktyabr-noyabr aylarından erməni KİV-lərində xəbər yayıldı ki, 2017-ci ildə Ermənistanın hədəflərindən biri də Azərbaycanın AŞPA-da fəaliyyətini əngəlləməkdir. Azərbaycanın səsvermə hüququnun əlindən alınması yönündə cəhdlər ermənilərin prioriteti olaraq müəyyənləşib. Bilirsiniz ki, son illərdə AŞPA-da Azərbaycan dövləti ilə bağlı mühüm qərarlar qəbul olunub. Keçən il ilk dəfə olaraq AŞPA-da Ermənistanın işğalçı kimi tanınması istiqamətində ciddi qətnamə qəbul olundu.

Dəfələrlə Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbuluna imkan verilməyib. İndi ermənilər daha məkirli plan üzərində işləyiblər: Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılmasına dair müraciət azərbaycanlılar tərəfindən imzalanır və adıçəkilən quruma ünvanlanır. Bu mürəciətin maliyyələşdirilməsi bir ermənipərəst təşkilat tərəfindən həyata keçirilir. Bu, yenə də PİN (People In Need) təşkilatıdır. Heç kimə sirr deyil ki, PİN hər zaman erməni diasporunun və lobbisinin təsirində olan təşkilatdır. Və hər zaman da Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurmaqla məşğul olub”.

Niyaməddin Orduxanlı eksklüziv olaraq müraciəti imzalayan şəxslərin siyahısını da təqdim edib:

İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl, Leyla Yunus, Mehman Əliyev, Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, Xalid Bağırov, Oktay Gülalıyev, Əvəz Zeynallı, Xaliq Bahadır, Qubad Bayramov, Natiq Cəfərli, Şahin Hacıyev, Fariz Namazov, Nemət Kərimli, Hafiz Babalı, Həkimeldostu Mehdiyev, Bəşir Süleymanlı, Samirə Ağayeva, Pərvin Quliyev, Zaur Əkbər, Ruslan Mustafayev, Lətafət Məlikova, Ülvi Həsənli, İlqar Tağı, İlqar Qasımov, Mehman Hüseynov, Elçin Həsənzadə, Ramiz Quliyev, Elşən Həsənov, Fərqanə Novruzova, Yaşar Ağazadə, Emin Hüseynov, Rəşid Hacılı, Əlövsət Əliyev, Təhminə Tağıyeva, Güllü Cahangirova, Cəsur Məmmədov, Laçın Məmişov, Elçin Məmmədov, Orxan Məmməd, Emin Aslanov, Fikrət Hüseynli, Arif Məmmədov, Sevinc Mirzəyeva, Qənimət Zahid, Söhrab İsmayıl, Orduxan Teymurxan, Nizami Abdullayev, İlham Həsən, İdrak Abbasov, Məlahət Nəsibova, Səbuhi Qafarov, Ərəstun Oruclu, Anar Orucov, Yaşar Cəfərli və Elçin Abdullayev.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here