Milli Məclisin sədr müavini Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, B.Muradova jurnalistlərə deyib ki, Azərbaycanın xarici işlər naziri bu məsələ ilə bağlı mövqeyini tam şəkildə ifadə etdi:
“Mən o mövqeyi tam şəkildə bölüşürəm. Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.
Vitse-spiker qeyd edib ki, Azərbaycanla dost və strateji tərəfdaş ölkə olan Rusiyanın bu məsələyə ciddi təsir etmək imkanları var:
“Rusiyanın xarici işlər naziri bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi. Düşünürəm ki, Elmar Məmmədyarov öz açıqlamasında bunu müəyyən qədər cavablandırıb”.
Qeyd edək ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsini həll etməyin Azərbaycanın daxili işi olmadığını bildirmişdi.
VOİCEPRESS.AZ