“İslam dövləti” terror təşkilatı İraqın paytaxtı Bağdadda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, Bağdadda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.
11:00
VOİCEPRESS “Reuters” agentliyinə istinadən bildirir ki, Bağdadda terror aktı nəticəsində 12 nəfər ölüb, 50-si yaralanıb.
Bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.
Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.
VOİCEPRESS.AZ