Rusiyanın Başqırdıstan respublikasının rəhbəri Rüstəm Xəmitov azərbaycanlı Fərhad Səmədovu Baş nazirin müavini təyin edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə prezident fərman imzalayıb.
Həmyerilimiz sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.
Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 23 aprel 1959 cu ildə Gürcüstanın Qardabanı şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifəsində çalışıb.
1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.
Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.
VOİCEPRESS.AZ