Gənclər müraciəti dünyanın bir neçə dilində səsləndiriblər
Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş və meyiti qarşı tərəfin əlində olan Çingiz Qurbanovun nəşinin qaytarılması üçün azərbaycanlı gənclər kampaniyaya başlayıb.
VOİCEPRESS-in məlumatına görə, gənclər bir çox dildə dünya ictimaiyyətinə müraciət ediblər. Gənclər rus, ingilis, ərəb, ispan, fransız və s. dillərdə Ermənistan hakimiyyətindən müraciətlərə reaksiya verməyə, nəşi qaytarmağı tələb ediblər.
Onlar ermənilərin şəhidin şəkillərini yayaraq onu və bütün Azərbaycanı xalqını təhqir etdiklərini deyiblər.
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşmüşdü. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərib və şəhid olub.
Ermənilər bütün beynəlxalq normaları pozaraq Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edir.
VOİCEPRESS.AZ