“Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir”.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məqsədlə Brüsseldə hazırlıqlar başlayıb: “Bizim Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hüquqi baza üzrə bir sıra sahələri müzakirə etmək fikrimiz var. Buraya iqtisadiyyat, ticarət, insan haqları və digərləri daxildir. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır”.
VOİCEPRESS.AZ