İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri, İsveçdəki Azərbaycan diasporunun rəhbəri Səttar Sevigin erməni qızı ilə ailə həyatı qurub. VOİCEPRESS-in Publika.az-a istinadən verdiyi xəbərə görə, məlumatı İsveçdəki Azərbaycan diasporu üzvlərindən biri verib. Məlumatda deyilir ki, Səttar Sevigin uzun ildir bir yerdə yaşadığı və əslən Cənubi Azərbaycandan olan həyat yoldaşı Əfsanə Seviginlə münasibətlərinə son verib:
“Səttar Sevigin öz həyat yoldaşından ayrılaraq, onu İsveçdə tək buraxıb. Sonra isə erməni qızı ilə yaşamağa başlayıb. Tək qaldığını anlayan Əfsanə Sevigin isə Bakıya qayıdıb”.
Məsələ ilə bağlı Diasporalarla iş üzrə dövlət komitəsindən İstiPress-ə bildirdilər ki, Səttar Seviginin erməni və ya başqa xanımla evlənməsi haqqında onlarda hər hansı məlumat yoxdur. Həmçinin bu məlumatı Səttar bəyin özündən dəqiqləşdirməyimizi istədilər. Səttar Sevigin isə, nə telefon zənglərimizə, nə də yazılı müraciətimizə cavab vermədi.
Qeyd edək ki, Səttar Sevigin Facebook səhifəsində ailə vəziyyətini evli olaraq qeyd edib.
VOİCEPRESS.AZ