Azərbaycan millisində gürcü legioner

6 Yanvar, 14:18

Rusiyalı qadın cüdoçu Kseniya Tuquşi Azərbaycan millisinə təklif olunub.

VOİCEPRESS sportnet.az-a istinadla bildirir ki, bu barədə qonşu ölkənin Şimal-Qərb Federal Dairəsində cüdonun inkişafına cavabdeh olan əslən azərbaycanlı məşqçi Elman Qurbanov məlumat verib.

O bildirib ki, 23 yaşlı idmançının keçidi ilə bağlı hazırda danışıqlar gedir: “Tuquşi milliyyətcə gürcüdür, 48 kq çəki dərəcəsində iki dəfə Rusiya çempionatının bürünc mükafatçısı, gənclər arasında Rusiya Kubokunda gümüş və bürünc mükafatçı olub, Avropa Kubokunda çıxış edib. Bilirəm ki, Azərbaycanda qadın cüdoçulara böyük ehtiyac var. Mən də öz ölkəmə əlimdən gələn köməyi göstərmək üçün yetirməm olan Kseniyanı təklif etmişəm. Hazırda Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar gedir. Alınsa, onu Bakıya gətirəcəyəm”.

Qeyd edək ki, Elman Qurbanov Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar hazırda Azərbaycan paytaxtında səfərdədir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here