Azərbaycan hökuməti və xalqı ilə islahatların müəyyənləşdirilməsi və icra olunması ilə bağlı dialoqu davam etdirmək, islahat prosesinə yeni təkan vermək çox vacibdir.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Ştefan Şennakın Azərbaycana səfərindən sonra verdikləri bəyanatda yer alıb.
Həmməruzəçilər Azərbaycan hökumətinin QHT-lər barədə qanunvericiliyə dəyişikliklər etmək və bu qanunu Avropa standartlarına uyğun icra etməyə hazır olmasını alqışlayır.
Bəyanatda deyilir ki, hökumət QHT-lər haqqında qanunvericiliyin islahatı üzrə Venesiya komissiyasının təcrübəsindən tam yararlanmalıdır.
VOİCEPRESS.AZ