AMEA-nın institutuna yeni təyinatlar

19 Yanvar, 16:31

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna yeni təyinatlar olub.

VOİCEPRESS xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında Neft və Qaz İnstitutunun direktor müavini və elmi katibi təyin olunub.

Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov bu müəssisənin elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here