Amerikanın prezidenti seçilən Donald Tramp bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq.
VOİCEPRESS “Daily Mail”ə istinadla bildirir ki, o, andiçmə mərasimindən öncə Vaşinqtona gedib.
Tramp orada çıxışı zamanı xanımı Melaniyadan: “Söyləmək istədiyin nəsə var?” – deyə soruşub. “First lady” mikrofon qarşısına keçərək deyib:
“Burada olduğuma görə məmnunluq hissi duyuram. Hamınıza təşəkkür edirəm. Sabahdan işləməyə başlayacağıq. Biz Amerikanı yenidən gücləndirəcəyik”.
Bu sözlərdən sonra Tramp xanımını öpüb.
VOİCEPRESS.AZ