ABŞ-nın Ermənistandakı sabiq səfiri Con Heffern ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərinin icraçısı təyin edilib.
VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu vəzifəni icra edən Viktoriya Nuland Dövlət Departamentini tərk edib.
C.Heffern 2011-2014-cü illərdə ABŞ-nın Ermənistandakı səfiri vəzifəsində çalışıb. Bundan sonra o, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininin köməkçisi olub.
VOİCEPRESS.AZ