ABŞ generalı: Rusiya lazer silahla peyklərimizi vurmaq istəyir

27 Yanvar, 09:07

“Rusiya bu gün kosmosdakı peyklərin məhv edilməsi üçün müxtəlif qurğular, o cümlədən lazer silahları yaradır”.



VOİCEPRESS TASS agentliyinə istinadən xəbər verir ki, belə bir sözlərlə ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten çıxış edib.

“Kosmosda pis davranışlara yol verməməliyik və eyni zamanda kosmik məkanda qarşıdurmalardan qaçmalıyıq”, – Kaliforniya ştatındakı Stanford Universitetində çıxışı zamanı Hayten belə deyib. Kosmosdakı əsas rəqib kimi isə o, Çin və Rusiyanın adlarını çəkib. Onun sözlərinə görə, bu ölkələr yerin orbitinə çıxarmaq və onları yerdən idarə etmək üçün hərbi sistemlər yaradır.

Hayten əmin edir ki, Rusiya hələ 80-ci illərdən peyklərin məhv edilməsi üçün silah hazırlamağa başlayıb. Bu gün isə bu işlərini davam etdirərək, lazer silahlar üzərində işləyir.

“Bu isə bizim peyklərimiz üçün ciddi təhlükədən xəbər verir, onların əksəriyyəti kosmik tullantılara çevriləcək. Biz gərək buna son vərək. Müharibəni dayandırmağın ən yaxşı yolu ona hazır olmaqdır. ABŞ buna qadirdir, biz elə etməliyik ki, hər kəs bizim müharibəyə hazır olduğumuzu görsün”, – deyə general Hayten bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here