ABŞ-da yük maşını izdihamın içərisinə soxulub: ölənlər və yaralananlar var

31 Yanvar, 10:59

Yeni ildən qabaq Almaniyada baş vermiş terror hücumunun oxşarı ABŞ-ın Kentukki ştatında da baş verib. Luisvill şəhərində yük maşını insan izdihamının içərisinə sürülüb, nəticədə iki nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında sərxoş olub. Ekspertiza nəticəsində 37 yaşlı Çad Erdeleyin qanında spirt səviyyəsinin icazə verilən normadan beş dəfə artıq olduğu müəyyənləşib.

Qeyd edilib ki, Ç.Erdley avtomobili “La Movida” və “O’Dolly” gecə klublarının bayıra çıxan ziyarətçilərinin üzərinə sürüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here