voicepress.az

SON DƏQİQƏ

“Grand Plaza”dan reklam tələb edən “jurnalistlər” şər-böhtana əl atdılar...

15-06-2018, 17:14

Günümüzdə araşdırmaçı jrunalistikanın tamamən sıradan çıxdığını dəfələrlə dilə gətirmişik. Amma qarşısı alına bilinmyən “reket” jurnalistika ilə araşdırmadan yaxından uzaqdan xəbərdar olmayan “jurnalistlərin” vəhdəti isə jurnalistikamızın məhvi demək olsa da, bizlər mövcud vəziyyətdə sadəcə izləyici olaraq qalırıq. Lakin mövcud durum kiminin şərəf və ləyaqətinə, kiminin işgüzar nüfuzuna zərər gətirəcək qəlibə düşürsə, o zaman sükutu pozmaq məcburiyyətində də, qalırıq.

Deməli bu günlərdə “Grand Plaza”yaşayış massivinin salınacağı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 173-177, Xan Şuşinski 40-44 ünvanlarını əhatə edən böyük ərazidə tikinti şirkəti tərəfindən kütləvi şəkildə ağac kəsiminin baş verməsi haqqında saytların birində böhtanxarakterli yazı yer alıb.

Sözü gedən sayt tərəfindən qınaq obyekti olan şirkətə dəfələrlə reklam təklifləri olunsa da, şirkət bu reklam təkliflərini rədd edib. Nəticədə sayt tikinti şirkətinə bu cür yazı ilə göz dağı vermək niyyətinə gəlib.

Yazıda gedən materialları isə qeyri peşəkarcasına araşdırmadan, heç bir əsası olmadan qələmə alıb. Yazının altında imza falan qeyd olunmayan bu tip yazılar əsasən, şantaj xarakteri daşıyır. Bir çox şirkətlər, xüsusən də, bir neçə faiz günah payı olan obyektlər əsasən bu xarakterli yazıların geri götürülməsi üçün əllərini ciblərinə də, salır, hətta saytın reklam təklifini məqalənin saytan çıxarılması müqabilində qəbul da, edirlər.

Bu gün mövcud vəziyyət real, onlayn qəzet və internet yazılarının pərdəarxası məqamlarıdır. Lakin VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun Prezidentin sahibkarlara göstərdiyi qayğıya dəstək məqsədi ilə fəaliyyət göstərən “Sahibkarın hüquqları- şəffaf media dəstəyi” təşəbbüs qrupu tərəfindən belə halların qarşısının alınması üçün gərəkən tədbirlər görülür.

Belə ki, əldə edilən araşdırmalara və həmin ərazidə yaşayan sakinlər arasında aparılan sorğulara əsasən, “Grand Plaza” tikinti şirkəti dəfələrlə həmin ərazidə təmizlik işləri aparıb. Ağac kəsimi məsələsini isə yerli icra strukturları həyata keçirir və bu heç bir halda tikinti şirkətinin iş planına daxil deyil.

O ağclar isə hörmətli “jurnalistlərimiz” həqiqətən araşdırma aparsalar görərlər ki, respublikanın hər bir yerində bu proses davam etdirilir. Misal üçün 28 may metrosu və “Landmark” hotelinin qarşısında belə, ağaclar o formada buddanıb. Bu ağacı məhv etmir, əksinə onun yenidən həyata tutunması üçün gərəkən addımlardır. Əgər jurnalist ağac kəsimi ilə ağacın buddanması arasında fərqi görə bilmirsə, bu onun problemə qeyri peşəkar və hətta nadancasına yanaşmasını sübut edir.

Prezidentimiz tərəfindən bu gün sahibkarlara böyük qayğı və dəstək olduğu halda, bəs əcaba siz, “reket” jurnalistlər bu duruma niyə qiymət vermirsiz?


Əslində bu kimi tendensiyalar nəzərə alınmalıdır. Prezidentin xüsusi qayğı və diqqətlə yanaşdığı sahibkarların işgüzar nüfuzuna bilərəkdən, kimlərinsə maraqlarına xidmət etmək məqsədi ilə xələl gətirilirsə, bu durum hüquqi müstəvidə öz həllini tapmalıdır. Ümid edirik, bu cür durumların qarşısının alınması məsələsi Milli Məclisin payız sessiyasında müzakirə olunacaq önəmli məsələlər sırasında da, öz əksini tapacaq.



Gülçin Çinar

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 12 552
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter