voicepress.az

SON DƏQİQƏ

Ürəyi vətənlə döyünən cəsur əsgər

5-06-2018, 13:52

Dostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimali Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağdakı işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib.

Rəhim Sulduzlu Bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır. Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlıda gedən döyüşlərdə iştirak edib. Komandir kimi düşmənlə savaşda bir sıra qəhrəmanlıqlar göstərib.

İsveçrədə yaşayan tanınmış yazar Elbəyi Həsənli aprel döyüşləri zamanı Rəhim Sulduzlu haqqında bu sözləri təsadüfən yazmırdı:

“Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəsin elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı...”.

Ürəyi vətənlə döyünən cəsur əsgər Rəhim Sulduzlu belə dəyərli insanlarımızdandır.


Atəşkəs dövründə müxtəlif sahələrdə çalışmasına baxmayaraq, daim ürəyi Qarabağla döyünüb. Həmişə söhbətində cəbhə dostlarını xatırlayır.

O, Avropada Azərbaycan diasporunun formalaşmasında böyük zəhmətlər çəkib. Yaşadığı İsveçrə dövlətində İsveçrə-Azərvaycan Dostluq Cəmiyyətini təsis edərək, Azərbaycanın təbliğatını aparıb. Fəaliyyəti dövründə İsveçrə parlamenti, siyasi dairələri ilə sıx əlaqələr qurub. İsveçrə mediasında ölkəmizin xeyrinə yazıların çap olunmasını diqqətdə saxlayıb. Milli məsələlərin İsveçrə parlamentində müzakirələrə çıxarılmasına nail olub.

O, bir zamanlar Avropada Dünya Azərbaycanlıları Konqresinin formalaşmasında xüsusi fəallığı ilə seçilirdi. Rəhim Sulduzlu bu gün diaspor sahəsində olmasa da, ürəyi daim vətənlə döyünür. Vətən onun üçün əziz və müqəddəs amaldır. Vətən ona Ana qədər əziz, doğmadır.



Elnur Eltürk
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 11 312
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter