voicepress.az

SON DƏQİQƏ

Tanınmış hoteldə kitablar qazan altlığı kimi istifadə olunur...

4-06-2018, 10:42

Biz inkişafdan, tərəqqidən, Avropa standartlarından danışdıqca, nədənsə oxumaqdan, mütaliədən və kitablardan çox uzaqlaşırıq. “Park Inn By Radisson Baku” hoteli çoxlarına tanış gələn, çoxlarının tədbirlərdən dolayı iştirak etdiyi məşhur hotellərdən biridir. Amma ötən gün tədbirlərin birində masaya təqdim edilən yeməklər nədənsə qazan qarışıq kitabların üstündə təqdim edilirdi. Qonaqların diqqətsizliyi ücbatından içəcəklər kitabın üstünə də dağılırdı... Məşhur yazıçıların, tanınmış simaların qələmə aldığı kitabları yerli və xarici qonaqlara qazan altlığı kimi təqdim edilməsi əslində oxumaq və mütaliə adına böyük bir biyabırçılıqdan başqa bir şey deyildi.

Maraqlı məqam odur ki, kitabı qazan altlığı kimi istifadə edən məşhur hotel gündə bir qeyri hökümət təşkilatının və ya nüfuzlu nəşrlərin təqdimatını keçirir...Amma nəticə etibarilə təqdim edilən nəşrlər sonradan qazan altlığı kimi də istifadə olunur...

Marağımı və təəcübümü gizlədə bilməyib, hoteldə xidmət edən, yəni kitabların üzərinə qazanları düzməyə davam edən ofisianta yaxınlaşıb, o altlıqların oxumağa daha çox yaradığını bildirdim. Ofisiant gülümsəyərək, bu hotel rəhbərliyinin dizayn olaraq, xüsusi tapşırığıdır, dedi. Uzun sözün qısası, hotel rəhbərliyi kitabın qazan altlığı kimi istifadəsini xüsusi dizayn forması hesab edirmiş.

Tədbirdə çıxış edən onlarca mütəxəssis və alim isə bu duruma susdu... Kitabların hesabına hotel rəhbəri olan şəxsin kitabı nümayişkaranə şəkildə qazanaltlığına çevirməsi nədənsə məndən başqa kimsə də təəcüb doğurmadı...

Bu da, VOİCEPRESS-in “Getdim, gördüm və yazdım” rubrikasının bu günə olan sensasion xəbəri idi. Hər şey inkişaf etsə də, çərxifələk tərsinə dövran edir!

P.S. Artıq evlərinizdəki kitab şkaflarına, nəsildən nəsilə ötürülən kitab oxumaq ənənələrinə, sevilən kitabların masa üstü kitaba çevrilişinə son verilir. Kitab 21 ci əsrdə qazan altlığı kimi istifadə olunur...





Gülçin Çinar
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 12 147
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter