voicepress.az

SON DƏQİQƏ

Kiçik qızcığazın böyük arzuları...

24-02-2018, 09:01

Gülnur Ağakişiyevanı çox az zaman kəsiyində tanıdım. Ümumiyyətlə məni tanıyanlar bilir ki, hər zaman yaşından asılı olmayaraq, parıltı, zəka parıltısı müşahidə etdiyim hər kəs mənim üçün haqqında yazı yaza biləcəyim bir obyektə çevrilir. Hesab edirəm ki, zəmanəmizdə dəbdə ola biləcək, tək şey insanın sahib olduğu ağlı və zəkasıdır. Gülnur Ağakişiyevanı tanıyanda əslində böyük rus yazıçısı Anton Paveloviç Çexovun fikirlərinə anlam verə bildim.

Çexov hər zaman uşaqlara “siz” deyə müraciət edərmiş. Bir gün ondan bunun səbəbini soranda o demişdi ki, böyüklər diqqətlə dinləməyi və qulaq asmağı bacarsalar, hər bir uşağın böyüklərdən daha ağıllı olduqlarını görə bilərlər. Həqiqətən belədir! Mən bunu Gülnur Ağakişiyevanın simasında anladım.

Gülnur Ağakişiyeva beşinci sinif şagirdi olmasına baxmayaraq, insan onunla həmsöhbət olduqda ən azı 20-25 yaşlı gənc bir tələbə ilə danışdığını hiss edir. Onun mənə görə digər yaşıdlarından fərqləndirən cəhət isə, valideynlərinin ona “dərslərini et”, “kitab oxu” kimi tövsiyyələr etməməsidir. Əksinə “bir qədər az oxu”, “bir qədər dincəl” kəlmələrini deyirlər.

Zəmanəni tez-tez günahlandırıb, günümüzdə hər kəsin “planşet” və ya “telefon”a maraq etdiyinin də şahidiyik. Bəzən özümüzlə indiki uşaqları da müqayisə edib yenə zəmanəni təqsirləndiririk.. Əslində Gülnur Ağakişiyeva sadəcə öz əməli ilə daima biz böyüklərin öz məsuliyyətimizi “Zəmanə”yə yüklədiyimizi sübuta yetirmiş oldu.

"Gülnurun ən böyük arzusu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müavini olmaqdır"

Gülnur kiçik bir qızcığazdır. Arzuları, prinsipləri, məqsədləri olan bir qızcığaz. Milli ideyalogiya və Vətən isə onun bütün məqsədlərinin əsas məramıdır. Ən böyük arzusu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müavini olmaqdır. Kiçik yaşda böyük hədəfləri olan bu qızcığaz, arzusuna çatmaq naminə bütün günü dayanmadan oxuyur.

İdealı xanım Mehriban Əliyeva kimi böyük bir şəxsiyyət, atası, tanınmış idmançılardan olan Əhməd Ağakişiyev kimi güclü olmaqdır.
Kiçik yaşlarından arfimetik riyazi biliklərə yiyələnən Gülnur Ağakişiyeva şifahi şəkildə sadəcə o kiçik barmaqları ilə deyilən tək və cüt rəqəmləri bir göz qırpımında hesablamağı bacarır. Boş zamanlarında idmanla məşqul olur və uşaq ədəbiyyatını zənginləşdirmək adına “Cekin məcəraları” adlı kitab yazmaqdadır...

"Məktəbdə bu xüsusiyyətinə görə, onu “balaca Qənirə Paşayeva” adlandırırlar...”"

Gülnur Ağakişiyeva 20 saylı məktəbin şagirdidir. Ədəbiyyat müəlliməsi Sevinc xanım da Gülnurun oxumağa olan fövqəladə marağından ağız dolusu danışırdı. Sevinc xanımın sözlərinə görə, Gülnurun kiçik yaşda prinsipial, məqsədyönlü və hər şeyi olduğu kimi qarşılaya bilmə bacarığı hər bir müəllimi məətəl qoyur: “ Bəzən uşaqlar bir sualın cavabını bilmədikdə “bilmirəm” deməyə qorxur. Amma Gülnur bilmədiyini belə qürurla, “öyrənib deyərəm” kimi adi qəbul edir. Gülnur daima inkişaf etməyə səy göstərir. Auditoriya qarşısında sərbəst çıxış edir. Nitq qabiliyyəti, çox mükəmməldir. Məktəbdə bu xüsusiyyətinə görə, onu “balaca Qənirə Paşayeva” adlandırırlar...”

Gülnuru tanımaq əslində məni uzun düşünməyə vadar etdi. “Bəs Gülnur uşaqlığını necə yaşayır?” Axı hər birimiz böyüməyə can atdığımızı xatırlayıb, uşaqlığımızdan, ləzzət almadığımızın fərqinə sonradan vardıq... Görəsən yarın bir gün Gülnurdamı bu düşüncə ilə yaşayacaq? Sonra Gülnurun “Cekin Məcaraları” romanının əl yazmasının məndə olduğunu xatırladım. Kiçik başlıqlarla işarələnən hər başılığın bir səhifə yarım olduğunu gördüm. Oxudum. Əslində Gülnur üçün “mükəmməl uşağ”ın necə olduğunu, onun hədəflərini, maraqlarının o romanda əks olunduğunu müşahidə etdim...
Elə ona görə də, qərara aldım ki, Gülnur Ağakişiyevanın “Cekin Məcəraları” romanını ixtisarla oxucuların diqqətinə çatdırım...

Gülnur Ağakişiyevanın “Cekin Məcəraları” (ixtisarla)

Cek İngiltərədə ailəsi ilə birlikdə yaşayırdı. Onun sevimli məşğuliyyəti kitab oxumaq idi. Digər uşaqların əksinə o kompüterlə az məşğul olurdu. Nə vaxt boş vaxtı olsa əlinə bir kitab alıb oxuyardı. Onun oxuduğu kitablar çox zaman fantastik janra aid olurdu. Deyəsən, elə bunun təsiri ilə o son zamanlar fantastikaya meyl edirdi. O, fantastik, qorxulu adalara, gizli xəzinələrə, zaman maşınında səyahətlərə inanırdı. Cek belə məcəraların öz başına gəlməsini çox istəyirdi.
Onun çox sevdiyi bir digər məşğuliyyət isə araşdırmalar aparmaq idi. Onun icadları da olurdu. Bunlar həqiqətən də, yararlı, insan həyatını asanlaşdıran kəşflər idi. Bunlar üçün onun öz kiçik labaratoriyası da vardı.
Dərslərinə gəldikdə isə çox çalışqan, zirək şagird idi. Bilik baxımından ötüb-keçirdi. Hətta müəllimlər onun suallarının qarşısında söz tapa bilmirdilər. Sadəcə dərslə kifayətlənmir, əlavə vasaitlərdən mövzuyla bağlı məlumat toplayardı...
(Ardı var...)







Ü.Musazadə

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 14 199
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter