voicepress.az

SON DƏQİQƏ

Milli İdeyalogiyanın keşiyində dayanan Əsgərimiz...

22-02-2018, 09:27


Son zamanlar Rusiya Federasiyasının bir sıra dövlət postlarına məhz azərbaycanlı gənclərin təyinatı həqiqətən ürək açır. Xüsusən bir sıra Rusiya deputatlarının köməkçilərinin və ya məsləhətçilərinin azərbaycanlı olması məsələsi də olduqca diqqət çəkən məqamlardandır.

Ermənilərin Rusiyadakı mövqeyini, çoxluğunu, əsasən də dövlət orqanlarının bir hissəsində kök saldıqlarına diqqət etsək, azərbaycanlı gənclərin belə bir şəraitdə orada aktiv fəaliyyət göstərməsi, Azərbaycan naminə, ədalət naminə sözün əsil mənasında partizan kimi çalışması əvəzolunmaz bir fəadakarlıqdan başqa bir şey olmasın gərək. İlkin Süleymanov həmin gənclərimizdən biridir.

İlkin Süleymanov haqqında, onun fəaliyyəti haqqında oxuyanda qürur hissi duymamaq, fəxr etməmək mümkünsüzdür. Mənimlə olsaydı, mən məhz İlkin Süleymanov kimi gəncləri qəhrəman kimi mükafatlandırardım. Çünki qərib yerdə Azərbaycan naminə illərini qurban vermək qədər çətin heç nə yoxdur. Üstəlik bu çətinlik qarşısında İlkin Süleymanov bizlərdən, xalqından bu günə kimi heç nə istəməyib. Amma bizlərin İlkin kimi əlindən gələni əsirgəməyən gənclərin o çətin şəraitdəki fəaliyyətlərini göz ardı etməklə, sözün əsil mənasında gəncliyə qarşı etdiyimiz bir xəyanətdir. Axı İlkin Süleymanov kimi gənclər Mübariz İbrahimov qədər Vətən naminə diplomatik yolla elə qəhrəmancasına mübarizə aparanlardandır. Müharibə şəraitində yaşayan, Azərbaycan kimi bir dövlətin əgər Mübariz İbrahimov kimi qəhrəmanı, İlkin Süleymanov kimi ziyalı və sözün əsil mənasında diplomat gənclərimiz varsa, deməli hələ heç nə üçün gec deyil! Deməli həqiqətən də yaşamağa dəyər!

Rusiyanın Kirov şəhərində ali məktəbi başa vuran İlkin Süleymanov ixtisasca hüquqşünasdır. Uzun zaman Rusiyanın Axtarış bölməsində xəfiyyə yardımçısı vəzifəsində çalışıb. İlkin Süleymanov vətəndaş hüququ və əmək məcəlləsi sahəsinə olduqca mükəmməl yiyələnib. Bəlkə də elə ola görə, bir müddət Kirov –Çepets rayonu Məhkəməsində vətəndaş məsələləri ilə bağlı mütəxəssis kimi çalışıb. Dörd dil bilən İlkin Süleymanov, hər yerdə Azərbaycanı təbliğ etməkdən, Azərbaycan naminə çalışmaqdan çəkinmir. Baxmayaraq ki, İlkin Süleymanov Rusiya Ali Məclisinin deputatı Balıberdin Yuriy Aleksandroviçin yardımçısı və məsləhətçisidir, o eyni zamanda Rusiyada fəaliyyət göstərərən Azərbaycan Xeyriyyə Fondunun da üzvüdür. Bütün bunlarla yanaşı İlkin Süleymanov Kirov vilayətinin Gənclər Parlamentinin üzvü, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Gənclər üzrə səlahiyyətli nümayəndəsidir.

Qarışıq döyüş növləri üzrə yetəri qədər nailiyyət qazanan İlkin Süleymanov ciddi idmanla məşqul olur. Boks, Qreplinq, Sambo, Uşi-Sanda, Cüdo üzrə keçirilən yarışlarda iştirak edir və dəfələrlə qalibiyyət qazanır. Cüdo və Boks üzrə hətta çempion adına yüksəlib. Bununla yanaşı dəfələrlə Ümumrusiya idman turnirlərinin sambo və qreplinq üzrə mükafatçısı olub.

Bütün bunları oxuyanda, əsil azərbaycanlı olaraq qürur hissi duymamaq, İlkin Süleymanov azərbaycanlıdır, bizim soydaşımızdır, həmvətimizdir demək, hayqırmaq istəyir insan. Çünki əslində İlkin Süleymanov kimi gənclərimiz bizim milli ideyalogiyanı xarici dövlətlərin dövlət strukturlarına daşıya biləcək gənclərimizdir. Milli ideyalogiyaya sahib olmaq, milli ideyalogiyaya yiyələnmək zamanla olmur. Milli ideyalogiya insanla doğulur. Ona görə də, hər birimiz Azərbaycan vətəndaşı olsaq da, türk qanı daşısaq da, hər birimizdə milli ideyalogiya ilə yoğrulmuş əsl vətənpərvər qəlbi olmur.

Məhz ona görə də, biz İlkin Süleymanov kimi, qəlbi milli ideyalogiya, vətənə bağlılıq, ürəyi Azərbaycanla, Qarabağla döyünən gənclərimizin fəaliyyətini ikiqat qiymətləndirməyi bacarmalıyıq. Dövlət daxilinə vəsaitimiz, qayğımız yetməsə belə, belə gənclərə hər tərəfli dəstəyi əsirgəməməliyik. Çünki milli ideyalogiyanın keşiyində məhz İlkin Süleymanov kimi gənclərimiz dayanır. Milli İdeyalogiyanın keşiyində dayanan gənclər isə Vətənin keşiyində dayanan əsgərlərimiz qədər müqəddəs amala xidmət edənlərdir.

Ona görə də, mənimlə olsaydı “Əsgər” sözünü Vətən sözü kimi böyük hərflə yazardım. İlkin Süleymanov kimi milli ideyalogiyanın keşiyində dayanan gənclər isə məhz böyük hərflə yazılacaq əsl Azərbaycan Əsgəridir!


Məhz elə ona görə də, bu gün fəxarətlə deyə bilərik ki, İlkin Süleymanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun Rusiyanın Kirov şəhəri üzrə nümayəndəsidir. Kirov şöbəmizin açılında, Rusiyada fəaliyyət göstərən çoxsaylı erməni mətbuatı arasında VOİCEPRESS-i təmsil edəcək İlkin Süleymanova bu gözəl missiyada uğurlar diləyirik... Bu gün VOİCEPRESS-in sıralarında İlkin Süleymanov kimi həmyerlimizin təmsil olunması həqiqətən qürurvericidir. Yaşasın milli İdealogiya! Yaşasın Azərbaycan! Yaşasın İlkin Süleymanov kimi Azərbaycan gəncləri!



Ülkər Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 14 494
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter