voicepress.az

SON DƏQİQƏ

Yerevanın sabiq meri vəzifəsindən sui-istifadədə ittiham olunur

29-09-2019, 10:47


Ermənistan Xüsusi İstintaq Xidməti Yerevan şəhərinin keçmiş meri Yervand Zaxariyanı vəzifəsindən sui-istifadədə təqsirləndirərək ittihamı irəli sürülüb.

VOİCEPRESS RİA "Novosti”yə istinadən xəbər verir ki, meriya 2008-ci ildə Qələbə parkına aid 10 min kvadratmetr yaşıllıq sahəsini qanunsuz olaraq 164,76 milyon drama (346 min ABŞ dolları) “Golden Pelis” mehmanxanasına satıb. Daha sonra özəlləşdirilməsi qanunla qadağan olunan sahə banka girov qoyularaq 25 milyon dollaradək kredit götürülüb.

Məsələ ilə bağlı şəhər meriyasının Memarlıq və Şəhərsalma İdarəsinin keçmiş rəisi Arsen Lalayants da müttəhim qismində cəlb edilib. Sözügedən maddə 6 ilədək həbs cəzasını nəzərdə tutur.





VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 361
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter