voicepress.az

SON DƏQİQƏ

Ermənistanda Köçəryanın tərəfdarı saxlanıldı

29-09-2019, 10:06

Ermənistanda Köçəryanın tərəfdarı saxlanıldı

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarlarından olan Narek Mutafyan saxlanılıb.

VOİCEPRESS xəbər verir ki, o, keçmiş dövlət başçısına qarşı cinayət işinin icraatını aparan İrəvan Ümumi Məhkəməsinin hakimi Anna Danibekyana qarşı hörmətsizlikdə ittiham edilir.

Ermənistan Polisinin Mətbuat xidmətinin açıqlamasına görə, hakimin təzyiqlərə məruz qalmasına dair ötən gecə yayılan məlumatlardan sonra müvafiq maddə ilə cinayət işi başlanılaraq Narek Mutafyan şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də hakim Anna Danibekyan R.Köçəryanın azadlığa buraxılması barədə vəsatəti rədd etmişdi.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazir müavini Armen Gevorkiyanın konstitusiya quruluşunu devirmək ittihamı ilə cəlb edildiyi 2008-ci ilin mart hadisələrinə dair cinayət işi sentyabrın 12-dən İrəvan Ümumi Məhkəməsində istintaq olunur.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 217
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter