voicepress.az

SON DƏQİQƏ

Ermənistanda məhkumlar qiyam qaldırdı

7-09-2019, 12:30


Ermənistanın Nubaraşen həbsxanasında məhkumlar qiyam qaldırıb.

VOICEPRESS.AZ
erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkumlar həbsxanada baş verən qanunsuzluqlara və saxlanılma şəraitinin acınacaqlı olmasına etiraz ediblər.
Məsələ ilə bağlı ədliyyə naziri Rüstəm Badasyan açıqlama verib. Bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Erməni KİV-lərində yer alan məlumatlara əsasən, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradırlar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılır.




VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 238
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter