voicepress.az

SON DƏQİQƏ

Ermənistan MN və Rusiyanın ORSİS şirkəti arasındakı qalmaqaldan DETALLAR

4-09-2019, 23:50


“Orsis Arms” şirkətinin nümayəndəsi, vəkil Aleksandr Sirunyan, saxta sənədlər təqdim edilməsi ilə bağlı yayılan məlumatları təkzib edərək, bütün sənədlərin qanuni olduğunu deyib.

VOİCEPRESS.AZ
xəbər verir ki, “news.am” saytına, rus şirkətinin iştirakı ilə Ermənistanda baş verən silah tədarükü tenderinin ləğv edilməsinin bəzi detalları məlum olub.

Məlumatlara görə, “Orsis Arms” MMC üzün müddətdir ki, müxtəlif növlü silah, optik cihazlar və digər texnikanı Ermənistan Silahlı Qüvvələrinə tədarük edib. Növbəti, Ermənistan ordusuna mərmilər tədarük edilməsinə aid olan tenderdə “Orsis Arms” MMC-nin müraciəti tenderin tələblərinə cavab vermədiyi səbəbindən rədd edilib. Şayiələrə əsasən, polkovnikin təsis etdiyi şirkət tenderə saxta sənədlər təqdim edib. Bununla bağlı da istintaq gedir.

Lakin “News.am” saytına verdiyi müsahibəsində “Orsis Arms” şirkətinin nümayəndəsi, vəkil Aleksandr Sirunyan, saxta sənədlərin təqdim edilməsi ilə bağlı yayılan məlumatları təkzib edərək deyib ki, bütün sənədlər qanuni olub.

“Konkret hansı səbəblə tender komissiyası “Orsis Arms” şirkətinin müraciətini rədd edib və iş üzrə şirkətin təsisçiləri olan Qevork Manukyan, Artur Qalstyanın hansı məhkəmə statusu var?”, - deyə verilən suala vəkil cavab verməkdən imtina edərək, bunun hərbi və ibtidai istintaq sirləri olduğunu bildirib.

“Başqa şərhlər verə bilmərəm”, - deyə Sirunyan bildirib.

Daha öncə “RİA Novosti” agentliyi xəbər verib ki, Ermənistanda rus şirkətinin iştirak etdiyi silah tədarükü səbəbi ilə bağlı “Xidmətə səhlənkar yanaşmaya görə” cinayət işi açılıb.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanda qeydiyyatdan keçən, rezident hesab edilən “Orsis Arms” şirkətinin nümayəndəsi, vəkil Aleksandr Sirunyan, Ermənistan Müdafiə Nazirliyi tərəfindən böyük sayda hərbi sursat əldə etmək məqsədilə mütəmadi olaraq keçirilən qapalı tenderdə iştirak etmək üçün müraciətin onu dəyərləndirən komissiya tərəfindən saxta səbəblərlə rədd edilməsi məsələsi ilə bağlı bəyanat verib. Bəyanat əsasında hazırlanan materiallara istinad edərək, CM-nin müvafiq maddəsinə uyğun kifayət qədər zərərvurma ilə nəticələnən, xidmətə qarşı rəisin və ya vəzifəli şəxsin səhlənkar münasibəti ittihamı ilə İstintaq Komitəsində cinayət işi açılıb.

Qeyd edək ki, “Orsis Arms” MMC Rusiyanın ORSİS silah zavodunun Ermənistan nümayəndəliyidir və Ermənistanda təsis edilib.

“Orsis Arms” MMC elektron registrda 2017-ci ildə qeydiyyatdan keçib. Şirkətin təsisçiləri Qevork Manukyan və Artur Qalstyandır. Dövlət registrindəki məlumata əsasən, şirkətin fəaliyyətində Qalstyanın iştirakına son verilib. “News.am”ın əldə etdiyi məlumatlara əsasən, şirkətin təsisçisi Artur Qalstyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında hərbi topoqrafiya şöbəsinin rəisi vəzifəsini tutmaqla, “polkovnik” hərbi rütbəsi daşıyır. Qevork Manukyan isə ehtiyatda olan polkovnikdir.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 202
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter