voicepress.az

SON DƏQİQƏ

Rus millətçilərinin keçmiş başçısı Ermənistanda sığınacaq tapıb

3-09-2019, 22:30


Rusiya Federasiyasında qadağan olunmuş “Ruslar Etnosiyasi Birliyi” adlı təşkilatın Kaluqa bölməsinin keçmiş rəhbəri Vitali Şişkin Ermənistanda qaçqın statusu alıb.

“report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində bildirən rus millətçisi “Rusiyada siyası səbəblərdən təqib olunan siyasətçi olaraq mənə qaçqın statusu verdiklərinə görə Ermənistana minnətdaram” - deyə yazı paylaşıb.

Ermənistan Dövlət Miqrasiya Xidmətindən bu məsələyə dair şərh vermək istəməyiblər.

Qeyd edək ki, bu ilin yanvar ayında Rusiyanı tərk edən V.Şişkin 2014-cü ildə “Qəzəb günü” adlı kütləvi tədbir keçirmək çağırışına görə ekstremizm maddəsilə dörd il həbs cəzasına məhkum olunmuşdu.




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 222
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter