voicepress.az

SON DƏQİQƏ

İrəvanda terrorçuya heykəl qoyuldu, Türkiyə etiraza qalxdı

3-09-2019, 15:30


Ermənistanda Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması Türkiyədə etirazlara səbəb olub.

azvision.az xəbər verir ki, Türkiyənin Vətən partiyasının üzvləri görkəmli dövlət xadimi Tələt Paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada etiraz nümayişi keçirib.

Minlərlə insanın iştirak etdiyi aksiyada “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlar səsləndirilib.

Nümayişçilər 1921-ci ildə Tələt Paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana İrəvanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 137
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter