voicepress.az

SON DƏQİQƏ

Yerevan məhkəməsi Ermənistanın sabiq maliyyə nazirinin həbsinə qərar verib

30-08-2019, 23:00


Yerevan ümumi məhkəməsi Ermənistanın sabiq maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəisi Qagik Xaçatryanın iki ay müddətinə həbs edilməsi barədə qərar verib.

VOICEPRESS “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Erem Sarksiyan bildirib.

“Məhkəmə müvəkkilimin barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə qərar verdi”, - vəkil belə deyib.

Bildirilir ki, Xaçatryan avqustun 27-də saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, o, xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunub.




VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 183
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter